Şimal-Cənub Dəhlizi çərçivəsində işçi qrupu yaradılır
https://parstoday.ir/azeri/news/iran-i6200-Şimal_cənub_dəhlizi_çərçivəsində_işçi_qrupu_yaradılır
Rusiya, Azərbaycan və İranın nümayəndələri Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizi çərçivəsində yükdaşımalar üzrə işçi qrupun yaradılması barədə razılığa gəliblər.
(last modified 2024-06-18T03:09:56+00:00 )
İyun 17, 2024 08:37 Asia/Baku
  • Şimal-Cənub Dəhlizi çərçivəsində işçi qrupu yaradılır

Rusiya, Azərbaycan və İranın nümayəndələri Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizi çərçivəsində yükdaşımalar üzrə işçi qrupun yaradılması barədə razılığa gəliblər.

 

Rusiyanın İrandakı ticarət nümayəndəliyində Rusiya nümayəndə heyətinin tərkibində işçi qrupunun yaradılmasına həsr olunmuş ekspertlərin iclasında iştirak edən Dağıstan hökumətinin nümayəndəsi Andrey Tanayev bu barədə məlumat verib.

O həmçinin qeyd edib: “Biz Dərbənddə Rusiya, Azərbaycan və İran nümayəndə heyətləri arasında ekspertlər səviyyəsində üçtərəfli görüş keçirdik və "İran Astarası", "Azərbaycan Astarası", "Taqirkent-Kazmalyar", "Yarağ-Kazmalyar" məntəqələrinin daxil olduğu gömrük və sərhəd məntəqələrinə baxış keçirdik”.

Dağıstanlı rəsmi yükdaşıma məsələlərinin həlli üzrə üçtərəfli ekspert qrupunun iclasının demək olar ki, on ildə ilk dəfə keçirildiyini vurğulayıb.