İranda Asiya Əməkdaşlıq Dialoq Forumunun xarici işlər nazirlərinin iclası başlayıb
https://parstoday.ir/azeri/news/iran-i6308-İranda_asiya_Əməkdaşlıq_dialoq_forumunun_xarici_işlər_nazirlərinin_iclası_başlayıb
 Tehranda Asiya Əməkdaşlıq Dialoq Forumunun xarici işlər nazirlərinin iclası başlayıb.
(last modified 2024-06-24T06:47:53+00:00 )
İyun 24, 2024 10:46 Asia/Baku
  • İranda Asiya Əməkdaşlıq Dialoq Forumunun xarici işlər nazirlərinin iclası başlayıb

 Tehranda Asiya Əməkdaşlıq Dialoq Forumunun xarici işlər nazirlərinin iclası başlayıb.

 

Tehranda Asiya Əməkdaşlıq Dialoq Forumunun xarici işlər nazirlərinin 19-cu iclası yerli və xarici rəsmilərin iştirakı ilə keçirilir.

Bununla bağlı Xarici İşlər naziri vəzifəsini icra edən Əli Baqiri bildirib: “Biz Tehranda Asiya Dialoq Forumunun (ACD) nazirlər toplantısına evsahibliyi etməkdən və bu toplantıya sədrlik etməkdən qürur duyuruq.”

O əlavə edib: “Bu iclasda nazirlərdən və beynəlxalq təşkilatların nümayəndələrindən ibarət 41 nümayəndə heyəti iştirak edəcək.”

İRNA-nın məlumatına görə, bu tədbir Asiya ölkələri arasında əməkdaşlığı gücləndirmək üçün platforma yaradır və Asiya ölkələrinin çoxtərəflilik və inklüzivlik istəyini göstərir.