Rəisi: Düşmən hibrid müharibə ilə İranın inkişafına mane olmaq istəyirdi
https://parstoday.ir/azeri/news/iran-i634-rəisi_düşmən_hibrid_müharibə_ilə_İranın_inkişafına_mane_olmaq_istəyirdi
İran prezidenti İrandakı son iğtişaşlara toxunaraq, deyib: "Düşmən hibrid müharibə ilə ölkənin tərəqqisini dayandırmaq istəyirdi, lakin xalq tərəqqinin dayanmasına imkan verməmək qərarına gəldi”
(last modified 2023-06-24T06:06:41+00:00 )
İyun 21, 2023 13:25 Asia/Baku
  • Rəisi: Düşmən hibrid müharibə ilə İranın inkişafına mane olmaq istəyirdi

İran prezidenti İrandakı son iğtişaşlara toxunaraq, deyib: "Düşmən hibrid müharibə ilə ölkənin tərəqqisini dayandırmaq istəyirdi, lakin xalq tərəqqinin dayanmasına imkan verməmək qərarına gəldi”

Seyid İbrahim Rəisi prezident seçilməsinin ikinci ildönümü ilə eyni vaxtda, televiziyaya verdiyi müsahibədə ötən ilki iğtişaşların düşmənin ölkənin tərəqqidə olduğunu və xalqın ümidsizliyinin ümidə çevrildiyini hiss etməsi səbəbindən baş verdiyini vurğulayan İnqilabın Aliməqamlı Rəhbərinin bəyanatlarına toxunaraq, əlavə edib: "Düşmənlər iğtişaşlarla ölkəyə zərər verə biləcəklərini düşünürdülər, lakin bilmirdilər ki, İslami İran artıq gənc bir fidan deyil, əksinə bu impulslardan zərər görməyəcək güclü bir ağacdır ".

Hökumətin qonşuluq siyasəti və regionun bəzi ölkələri ilə münasibətlərin bərpası ilə bağlı digər suala cavab olaraq, prezident Rəisi deyib: "Qonşu, müsəlman və həmrəy ölkələrlə ünsiyyət və qarşılıqlı əlaqə xarici siyasətimizin prioritet istiqamətlərindən biridir və hökumətimizin əvvəlində bizimlə həmrəy və dost olan ölkələrin əlini sıxmağa hazır olduğumuzu bəyan etmişik".

Çoxlu fikir ayrılıqlarına baxmayaraq, Səudiyyə Ərəbistanını heç vaxt İranın düşməni hesab etmədiklərini bildirən prezident Rəisi, İnqilabın Ali Məqamlı Rəhbərinin Səudiyyə Ərəbistanı ilə ixtilaflar içərisində İslam dünyasının əsas düşmənlərini, yəni ABŞ və sionist rejimi gözdən qaçırmamaq vurğusuna toxunaraq, deyib: "Bəzi region ölkələri keçmişdə Amerika və onun ardıcıllarının təlqinləri altında İrana qarşı addımlar atdılar ki, heç bir nəticə vermədi və peşman oldular. Onlara düşmən kimi baxılmamalıdır".

Sanksiyaların ləğvi ilə bağlı danışıqların son vəziyyəti haqda başqa bir suala da cavab olaraq prezident əlavə edib: "Biz danışıqlar masasından ayrılmadıq, lakin onlar danışıqları başqa yolla irəlilətmək istəyirdilə, Əgər qarşı tərəf ədalətli yanaşarsa, Əhatəli Müştərək Təşəbbüs Proqramını  və sanksiyaların ləğvini izləyəcəyik, lakin daha da önəmlisi odur ki, ölkəni elə bir güc səviyyəsinə çatdırmalıyıq ki, sanksiyalar təsirzis olsun və ölkəyə sanksiya tətbiq etmək mümkün olmasın".