Ovci: Şəhid Rəisinin diplomatiyası öz bəhrəsini verir
https://parstoday.ir/azeri/news/iran-i6360-ovci_Şəhid_rəisinin_diplomatiyası_öz_bəhrəsini_verir
İranın neft naziri bəyan edib ki, Rusiya qazının İrana ötürülməsinə dair razılaşma şəhid Rəisinin diplomatiyasının son yadigarıdır
(last modified 2024-06-29T04:14:13+00:00 )
İyun 28, 2024 14:01 Asia/Baku
  • Ovci: Şəhid Rəisinin diplomatiyası öz bəhrəsini verir

İranın neft naziri bəyan edib ki, Rusiya qazının İrana ötürülməsinə dair razılaşma şəhid Rəisinin diplomatiyasının son yadigarıdır

 

Neft naziri deyib: “Rusiya qazının İrana ötürülməsinə dair strateji razılaşma dünyada unikal hadisə və şəhid Rəisinin fəal enerji diplomatiyasının məhsuludur.

Cavad Ovci cümə axşamı sosial şəbəkədəki şəxsi səhifəsində yazıb: “Bu mühüm hadisə iki ölkənin maraqlarını təmin etməklə yanaşı, İranı regionun qaz habına çevirmək üçün böyük addım hesab olunur”.