İran İlk 4-lükdə
https://parstoday.ir/azeri/news/iran-i638-İran_İlk_4_lükdə
Azərbaycan Mərkəzi Bankı bildirib ki, cari ilin ilk 3 ayında Azərbaycana birbaşa xarici investisiya qoyan ilk 4 ölkə Britaniya, Türkiyə, Kipr və İrandan ibarət olub.
(last modified 2023-06-24T06:06:42+00:00 )
İyun 21, 2023 16:13 Asia/Baku
  • İran İlk 4-lükdə

Azərbaycan Mərkəzi Bankı bildirib ki, cari ilin ilk 3 ayında Azərbaycana birbaşa xarici investisiya qoyan ilk 4 ölkə Britaniya, Türkiyə, Kipr və İrandan ibarət olub.

 

Cari ilin ilk 3 ayında Britaniyadan Azərbaycana cəlb edilən investisiyaların həcmi ümumi xarici investisiyaların 31 faizini təşkil edib. Bu rəqəm Türkiyə üçün 19,3 faiz, Kipr üçün 13,4 faiz və İran üçün 6,7 faizdən ibarətdir.

Hesabat dövründə İrandan cəlb edilən birbaşa investisiyanın həcmi 100 milyon 561 min dollar olub.

Sonrakı yerlərdə Niderland, Yaponiya, Birləşmiş Ərəb Əmirlikləri, Rusiya və digər ölkələr gəlir.

Məlumatda deyilir ki, cari ilin birinci rübündə Azərbaycana cəlb edilən birbaşa xarici investisiyaların həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə 17,2 faiz və ya 312 milyon 677 min dollar azalaraq 1 milyard 501 milyon 469 min dollar təşkil edib.

Mərkəzi Bankın məlumatına görə, birbaşa xarici investisiyalar formasında xaricdən cəlb olunmuş sərmayələrin ümumi məbləği 1,5 milyard dollar, xaricə yatırılmış birbaşa xarici investisiyaların həcmi isə 289 milyon dollar olub. Ümumilikdə birbaşa xarici investisiyalar üzrə 0,7 milyard dollar mənfi saldo yaranıb.

Ölkə iqtisadiyyatına yatırılmış birbaşa xarici investisiyaların strukturunda neft-qaz sektorunun xüsusi çəkisi 77,5 faiz təşkil edib. Qiymətləndirmələrə görə qeyri-neft-qaz sektoruna cəlb olunmuş birbaşa xarici investisiyaların ümumi məbləği 54 faiz azalaraq 337,5 milyon dollar olub.