Baqiri Kəni Türkiyənin xarici işlər naziri ilə telefonla danışıb
https://parstoday.ir/azeri/news/iran-i6386-baqiri_kəni_türkiyənin_xarici_işlər_naziri_ilə_telefonla_danışıb
İran XİN-in rəhbəri həmkarı Fidanla ikitərəfli əlaqələr və sionistlərin Fələstin xalqına qarşı törətdikləri cinayətlərlə bağlı son baş verənlər haqda danışıb.
(last modified 2024-07-01T05:36:30+00:00 )
İyul 01, 2024 09:35 Asia/Baku
  • Baqiri Kəni Türkiyənin xarici işlər naziri ilə telefonla danışıb

İran XİN-in rəhbəri həmkarı Fidanla ikitərəfli əlaqələr və sionistlərin Fələstin xalqına qarşı törətdikləri cinayətlərlə bağlı son baş verənlər haqda danışıb.

 

Baqiri sionist rejimin Qəzzə əhalisinə qarşı vəhşi cinayətlərinə toxunaraq bildirib ki, sionist rejimin Livana qarşı təhdidləri, Qəzzə xalqına qarşı cinayətlərinin davamı bu rejimin vəhşiliyini göstərir. Bununla bərabər, Livandakı müqavimət cəbhəsi sionist rejimin təhdidləri ilə mübarizəyə tam hazırdır və cəbhənin əvəzolunmaz gücü ilə təcavüzkarların hər hansı özbaşınalığı onlara baha başa oturacaq.Türkiyənin xarici işlər naziri bu danışıqda İrana Fələstin məsələsinə xüsusi diqqətlə yanaşdığına görə təşəkkürünü çatdırıb. Fidan işğalçı rejimin Qəzzə xalqına qarşı cinayətlərini tənqid edərək bildirib ki, Qəzzədə soyqırım davam edir və beynəlxalq ictimaiyyət bu hadisələrin qarşısını almaqda acizdir.