İran Omanda əzadarlıq mərasimində baş verən atışma hadisəsini pislədi
(last modified Wed, 17 Jul 2024 06:13:01 GMT )
İyul 17, 2024 10:13 Asia/Baku
  • İran Omanda əzadarlıq mərasimində baş verən atışma hadisəsini pislədi

Xarici İşlər Nazirliyinin mətbuat katibi Omanda əzadarlıq mərasimində baş verən atışma hadisəsini pisləyib.

Xarici İşlər Nazirliyinin mətbuat katibi Nasir Kənani  Maskatda İmam Hüseyn (əleyhissalam) əzadarlıq mərasimində 4 nəfərin şəhid olması ilə nəticələnən atışma hadisəsinə münasibət bildirərək, bu təxtibatçı hərəkəti pisləyib, İran İslam Respublikasının təfriqə yaradan cərəyanlara qarşı Oman Sultanlığı hökumətinə və xalqına dəstəyini bəyan edib.

Xarici İşlər Nazirliyinin mətbuat katibi bu hadisədə şəhid olanlara Allahdan rəhmət, yüksək dərəcələr, onların ailələrinə səbr və ilahi mükafat diləyib.