İranın yeni prezidentinin andiçmə mərasimində 60 ölkənin nümayəndəliyi iştirak edəcək
https://parstoday.ir/azeri/news/iran-i6684-İranın_yeni_prezidentinin_andiçmə_mərasimində_60_ölkənin_nümayəndəliyi_iştirak_edəcək
İran İslam Şurası Məclisinin Rəyasət Heyətinin üzvü 60 ölkənin yüksək səviyyəli rəsmilərinin İranın 14-cü prezidentinin andiçmə mərasimində iştirakı üçün ölkəyə gələcəyini elan edib.
(last modified 2024-07-25T03:23:09+00:00 )
İyul 24, 2024 15:21 Asia/Baku
  • İranın yeni prezidentinin andiçmə mərasimində 60 ölkənin nümayəndəliyi iştirak edəcək

İran İslam Şurası Məclisinin Rəyasət Heyətinin üzvü 60 ölkənin yüksək səviyyəli rəsmilərinin İranın 14-cü prezidentinin andiçmə mərasimində iştirakı üçün ölkəyə gələcəyini elan edib.

 

Prezidentin andiçmə mərasimi haqda açıqlama verən Parlamentin Rəyasət Heyətinin üzvü Müctəba Yusifi bildirib ki, 60 ölkənin nümyəndəsi İran prezidentin andiçmə mərasimində iştirak edəcəklərini elan ediblər. İndiyədək bu mərasimdə 4 prezident, 12 parlament sədri və 7 baş nazirin iştirakı təsdiqlənib.

Andiçmə mərasimi çərşənbə axşamı, iyulun 30-u Tehran vaxtı ilə saat 16:00-da ölkənin rəsmi siyasi və hərbi şəxsləri və xarici qonaqların iştirakı ilə İran parlamentinin ictimai zalında keçiriləcək.