İran Rusiya Beynəlxalq Quran müsabiqəsində üçüncü yeri qazanıb
https://parstoday.ir/azeri/news/iran-i6740-İran_rusiya_beynəlxalq_quran_müsabiqəsində_üçüncü_yeri_qazanıb
İran nümayəndəsi Omid Hüseyninejad Rusiya Beynəlxalq Qurani-Kərim müsabiqəsində üçüncü yeri qazanıb.
(last modified 2024-07-29T04:06:46+00:00 )
İyul 27, 2024 15:45 Asia/Baku
  • İran Rusiya Beynəlxalq Quran müsabiqəsində üçüncü yeri qazanıb

İran nümayəndəsi Omid Hüseyninejad Rusiya Beynəlxalq Qurani-Kərim müsabiqəsində üçüncü yeri qazanıb.

 

İyulun 23-dən 27-dək Rusiyanın Kazan şəhərində 22-ci Rusiya beynəlxalq Quran müsabiqəsi keçirilib. Bu beynəlxalq Quran müsabiqəsində İran nümayəndəsi üçüncü yeri qazanıb, Bəhreyn və Mİsir nümayəndələri isə müvafiq olaraq, birinci və ikinci olublar.

Rusiyada hər il bir sıra İslam ölkələrinin nümayəndələrinin iştirakı ilə Beynəlxalq Quran müsabiqəsi keçirilir.

İranlı qari Omid Hüseyninejad Rusiya Beynəlxalq Quran müsabiqəsində 20-yə yaxın ölkənin nümayəndələri ilə rəqabət aparıb. 

Həmçinin, bu müsabiqənin münsiflər heyətində İran İslam Respublikasından olan Quran mütəxəssisi Qulamrza Şahmeyvə də olub.