İran İslam Respublikası həmişə regionda sülh və sabitliyə dəstək verib
https://parstoday.ir/azeri/news/iran-i6748-İran_İslam_respublikası_həmişə_regionda_sülh_və_sabitliyə_dəstək_verib
İranın Livandakı səfiri deyibdir ki: İran İslam Respublikası müharibə ardınca deyil və daim regionda sülh və sabitliyə dəstək veribdir.
(last modified 2026-04-08T07:08:49+00:00 )
İyul 28, 2024 15:23 Asia/Baku
  • İran İslam Respublikası həmişə regionda sülh və sabitliyə dəstək verib

İranın Livandakı səfiri deyibdir ki: İran İslam Respublikası müharibə ardınca deyil və daim regionda sülh və sabitliyə dəstək veribdir.

 

Müctəba Əmani dünən gecə sionist rejimin Livana qarşı təhdidlərinə cavab olaraq qeyd edibdir ki, İran daim regionda gərginliyin və toqquşmaların azaldılmasına çalışıb.

Əmani belə bir halda vurğulayıbdır ki: İran İslam Respublikası müharibədən əsla qorxmur. Düşmənlər malik olduğu güc və qüdrətinə, həmçinin müqaviməti müdafiə etməsinə əsasən, İran İslam Respublikasının nələr edə biləcəyini təsəvvür etməlidirlər.

Dünən axşam işğal olunmuş Cövlanın «Məcdəl Şəms» bölgəsi raket hücumuna məruz qaldı. Nəticədə azı on bir nəfər öldü, qırx nəfər isə yaralandı.

Bu hərəkətin ardınca sionist rejim Livan Hizbullahını həmin hücumda əli olmaqda ittiham etdi. Livanı hədələyən sionist rejim başçıları bildirdilər ki, Hizbullaha dərhal cavab verilməlidir.

Livan İslam Müqaviməti bir bəyanatda işğal olunmuş Cövlana qarşı raket hücumunu təkzib edib və bildiribdir ki,  Livan İslam Müqavimətinin «Məcdəl Şəms» bölgəsinə qarşı raket hücumu ilə heç bir əlaqəsi yoxdur.