SEPAH-ın keçmiş baş komandanı Netanyahuya xəbərdarlıq edib
https://parstoday.ir/azeri/news/iran-i6756-sepah_ın_keçmiş_baş_komandanı_netanyahuya_xəbərdarlıq_edib
Möhsün Rizayi: Livana hücum sionistlər üçün bataqlıq olacaq
(last modified 2024-07-30T07:13:47+00:00 )
İyul 29, 2024 10:40 Asia/Baku
  • SEPAH-ın keçmiş baş komandanı Netanyahuya xəbərdarlıq edib

Möhsün Rizayi: Livana hücum sionistlər üçün bataqlıq olacaq

Möhsün Rizayi: Livana hücum sionistlər üçün bataqlıq olacaq

İran İslam İnqilabı Keşikçiləri Korpusu SEPAH-ın müqəddəs müdafiə dövründə komandanı olmuş Möhsün Rizayi sionist İsrail rejiminin liderlərinə Livana qarşı hər hansı hərbi avantüraları ilə bağlı xəbərdarlıq edib.

Möhsün Rizayi X sosial şəbəkəsində yazıb: “Çarəsizlikdən və ya dəlilikdən Netanyahu Livanda macəraya başlamaqla Qəzzə bataqlığından çıxa biləcəyini düşünür, lakin o, daha dərin və daha şiddətli bataqlığa doğru addımlayır”.

İyulun 27-də axşam saatlarında işğal olunmuş Colandakı Məcdəl Şəms bölgəsi raket hücumu ilə hədəfə alınıb.

Livan Hizbullahı Suriyanın Colan təpələrindəki Məcdəl Şəms bölgəsinə edilən hücumla hər hansı əlaqəsi olduğunu təkzib edib.