İranlı şagirdlər Ümumdünya Kimya Olimpiadasında 4 medal qazanıblar
https://parstoday.ir/azeri/news/iran-i6786-İranlı_şagirdlər_Ümumdünya_kimya_olimpiadasında_4_medal_qazanıblar
 İranlı şagirdlər Ər-Riyadda keçirilən 56-cı Kimya Olimpiadasında dörd rəngli medal qazanıblar.
(last modified 2024-07-31T07:53:59+00:00 )
İyul 30, 2024 13:46 Asia/Baku
  • İranlı şagirdlər Ümumdünya Kimya Olimpiadasında 4 medal qazanıblar

 İranlı şagirdlər Ər-Riyadda keçirilən 56-cı Kimya Olimpiadasında dörd rəngli medal qazanıblar.

 

İran İslam Respublikasının Kimya Olimpiadası komandası İbrahim Kiyanmehrin rəhbərliyi altında Səudiyyə Ərəbistanında keçiriləcək 56-cı Ümumdünya Kimya Olimpiadası-2024-də iştirak etmək üçün iyulun 24-də Ər-Riyada gəlib. 

Ramtin Muradi Məzhari, Muhəmmədyasin Salehi Mərzicrani, Əmirkiya Salimi, Alborz Rezayi bu yarışlarda İran şagird komandasının üzvləri olub. 

Komandanın ikinci rəhbəri kimi Əhməd Əmiri, elmi rəhbər kimi Əli Əsgər Ağacani və Faizə Muqzi, icraçı rəhbər kimi Əkbər Əsədi Damanab bu komandanı müşayiət ediblər.