Hizbullahın sionist rejimin Beyrutun Zahiyə bölgəsinə hücumu ilə bağlı ilk bəyanatı
https://parstoday.ir/azeri/news/iran-i6816-hizbullahın_sionist_rejimin_beyrutun_zahiyə_bölgəsinə_hücumu_ilə_bağlı_ilk_bəyanatı
Livan Hizbullahı bəyanatında çərşənbə axşamı gecə sionist rejimin Beyrut ətrafına etdiyi hücumuna reaksiya verib.
(last modified 2024-07-31T07:44:26+00:00 )
İyul 31, 2024 11:43 Asia/Baku
  • Hizbullahın sionist rejimin Beyrutun Zahiyə bölgəsinə hücumu ilə bağlı ilk bəyanatı

Livan Hizbullahı bəyanatında çərşənbə axşamı gecə sionist rejimin Beyrut ətrafına etdiyi hücumuna reaksiya verib.

 

Hizbullahın bəyanatında deyilir: Sionist düşmən 30 iyul 2024-cü il çərşənbə axşamı axşam saatlarında Beyrutun ətrafına hücum edərək, onun məhəllələrindən birində yaşayış binasını hədəfə alıb. Nəticədə çoxlu sayda vətəndaş şəhid olub, digərləri isə yaralanıb. Binanın bəzi mərtəbələrində çoxlu dağıntılar olub. Böyük cihad komandiri Fuad Şükr (Hac Möhsün) qardaş o zaman bu binada idi. 

Hizbullah bəyan edib: Xilasetmə qrupları qəzadan bəri dağıntıları çıxarır, lakin dağılmış mərtəbələrin vəziyyətinə görə proses ləng gedir və biz hələ də dağıntıların təmizlənməsi əməliyyatında iştirak edənlərin işinin nəticəsini gözləyirik. Bu böyük və hörmətli komandirin və burada olan digər vətəndaşların aqibəti barədə məlumat əldə edək ki, müvafiq tədbir görülsün. 

İRNA-nın məlumatına görə, xəbər mənbələri çərşənbə axşamı gecə sionist rejimin Beyrutun cənub ətrafına hava hücumu barədə məlumat yayıblar.