Qalibaf: İslami İran və Müqavimət Cəbhəsi şəhid qardaşının qanından keçməyəcək
https://parstoday.ir/azeri/news/iran-i6824-qalibaf_İslami_İran_və_müqavimət_cəbhəsi_şəhid_qardaşının_qanından_keçməyəcək
 İslam Şura Məclisinin sədri HƏMAS hərəkatının siyasi büro rəhbərinin şəhadəti ilə bağlı başsağlığı verib və deyib: İslami İran və müqavimət cəbhəsi öz şəhid qardaşının qanından keçməyəcək.
(last modified 2026-04-08T07:08:49+00:00 )
İyul 31, 2024 11:49 Asia/Baku
  • Qalibaf: İslami İran və Müqavimət Cəbhəsi şəhid qardaşının qanından keçməyəcək

 İslam Şura Məclisinin sədri HƏMAS hərəkatının siyasi büro rəhbərinin şəhadəti ilə bağlı başsağlığı verib və deyib: İslami İran və müqavimət cəbhəsi öz şəhid qardaşının qanından keçməyəcək.

 

Çərşənbə günü (31 iyul) HƏMAS-ın rəhbəri İsmayıl Haniyənin şəhadətindən sonra Məhəmməd Baqir Qalibaf X sosial şəbəkəsində öz istifadəçi hesabında yazıb: Fələstin müqavimətinin cəsur lideri, yorulmaz mücahid və müdrik müəllim, mübariz Fələstin xalqının ləyaqətinin və İslam dəyərlərinin qoruyucusu, Qüds şəhidi Hacı İsmayıl Həniyəyəyə Allah rəhmət eləsin. 

İslam Şurası Məclisinin sədri bu mesajında ​​vurğulayıb: İran və Fələstin xalqları bir-birinin qucağında bu böyük müsibətdən kədərlənirlər. İslami İran və Müqavimət Cəbhəsi şəhid qardaşının qanından keçməyəcək.