İsmayıl Haniyənin şəhadəti münasibətilə İranda 3 günlük matəm elan edilib
https://parstoday.ir/azeri/news/iran-i6826-İsmayıl_haniyənin_şəhadəti_münasibətilə_İranda_3_günlük_matəm_elan_edilib
Fələstin İslami Müqavimət Hərəkatının (HƏMAS) siyasi ofisinin rəhbəri, mücahid komandiri doktor İsmayıl Haniyənin şəhadətindən sonra İran İslam Respublikası hökuməti bir bildiriş yayaraq, üç günlük ictimai matəm elan edib.
(last modified 2024-08-03T07:25:30+00:00 )
İyul 31, 2024 11:52 Asia/Baku
  • İsmayıl Haniyənin şəhadəti münasibətilə İranda 3 günlük matəm elan edilib

Fələstin İslami Müqavimət Hərəkatının (HƏMAS) siyasi ofisinin rəhbəri, mücahid komandiri doktor İsmayıl Haniyənin şəhadətindən sonra İran İslam Respublikası hökuməti bir bildiriş yayaraq, üç günlük ictimai matəm elan edib.

 

İran İslam Respublikası hökuməti İranın rəsmi və diplomatik qonağı olan İsmayıl Həniyənin vəhşicəsinə terror ediilməsi aktını pisləyərək, bunu sionist rejimin terrorçu mahiyyətinin və yer üzündə heç bir yerin bu pozğun və islah olunmaz xərçəng vəzinin şərrindən əmin-amanlıqda olmadığına başqa bir açıq-aşkar dəlil hesab etdi. 

Bu münasibətlə İran hökuməti Fələstinin məzlum və müqavimətli xalqı və şəhid Haniyənin sağ qalanları ilə həmrəylik ifadə edərək, 2024-cü il iyulun 31-dən avqustun 2-dək İranın hər yerində çərşənbə, cümə axşamı və cümə günləri ümumi matəm elan edir.