İranın birinci vitse-prezidenti Qətərə səfər edib
https://parstoday.ir/azeri/news/iran-i6852-İranın_birinci_vitse_prezidenti_qətərə_səfər_edib
İran İslam Respublikasının birinci vitse-prezidenti Həmas-ın siyasi bürosu sədrinin dəfn mərasimində iştirak etmək məqsədilə Qətərə səfər edib.
(last modified 2024-08-04T08:46:08+00:00 )
Avq 03, 2024 09:45 Asia/Baku
  • İranın birinci vitse-prezidenti Qətərə səfər edib

İran İslam Respublikasının birinci vitse-prezidenti Həmas-ın siyasi bürosu sədrinin dəfn mərasimində iştirak etmək məqsədilə Qətərə səfər edib.

 

İran İslam Respublikasının birinci vitse-prezidenti Məhəmməd-Rza Arif Həmas-ın siyasi bürosunun sədri İsmayıl Həniyyənin dəfn mərasimində iştirak etmək məqsədilə bu gün bir nümayəndə heyətilə Qətərin paytaxtı Dohaya yola düşüb.

Şəhid İsmayıl Həniyyənin və onun cangüdəninin cənazələrinin əzəmətli müşayiət mərasimi dünən İslam İnqilabının Böyük Rəhbəri Həzrət Ayətullahuluzma Xameneinin Tehranda namaz qılmasından sonra keçirilib və bu şəhidlərin cənazələri torpağa tapşırılmaq üçün Qətərin Doha şəhərinə köçürülüb