Sasani əsgərinin heykəli İrana təhvil verilib
İyun 24, 2023 15:57 Asia/Baku
İranın Londondakı səfirliyinin müvəqqəti işlər vəkili ölkədən qaçaqmalçılıq yolu ilə çıxarılan 2000 illik sasani əsgərinin heykəlinin İranın Londondakı səfirliyinə təhvil verildiyini, tezliklə İrana qaytarılacağını bildirib.
Seyid Mehdi Hüseyni Mətin özünün Twitter hesabında yazıb: "7 il əvvəl Qaçaqmalçılıq yolu ilə Britaniyaya aparılan sasani əsgərinin heykəlinin İrana aid olduğu sübuta yetirildikdən və üç ay müddətinə Britaniya muzeyində nümayiş olunduqdan sonra İrana təhvil verilib".
O, əlavə edib: "Bu dəyərli qədim əsər cümə günü rəsmi şəkildə İranın Londondakı səfirliyinə təhvil verilib və tezliklə İrana qaytarılacaq".
Teqlər