SEPAH Həniyyənin şəhadəti ilə bağlı üçüncü bəyanatını yaydı
Şəhid Həniyyənin terroru yaxın mənzilli raketlə həyata keçirilib.
İran İslam İnqilabı Keşikçiləri Korpusunun ictimaiyyətlə əlaqələr şöbəsi açıqlama yayaraq bildirib ki, şəhid Həniyyənin iqamətgahı qısa mənzilli raketlə hədəfə alınıb.
Bəyanatda bildirilir ki, Şəhid Həniəyə qarşı terror qonaqlar üçün nəzərdə tutulmuş məkanın xaricindən güclü partlayışla müşayiət olunan 7 kiloqrama yaxın döyüş başlıqlı qısa mənzilli raketlə hədəfə alınması ilə baş verib.
Şəhid Həniənin terroru yaxın mənzilli raketlə həyata keçirilib.
İslam İnqilabı Keşikçiləri Korpusunun ictimaiyyətlə əlaqələr şöbəsi sionist rejimin İsmayıl Həniyyənin şəhadəti ilə nəticələnən terror cinayəti ilə bağlı 3 nömrəli bəayanatında bildirilir:
Aparılmış axtarış və araşdırmalara əsasən, bu terror əməliyyatı qonaqlar üçün nəzərdə tutulmuş məkanın xaricindən güclü partlayışla müşayiət olunan 7 kiloqrama yaxın döyüş başlıqlı qısa mənzilli raketlə hədəfə alınması ilə baş verib.
Bəyanatın mətni belədir:
Bağışlayan və Mehriban Allahın adı ilə
Cinayətkar sionist rejiminin İslami Müqavimət Hərəkatının (HƏMAS) siyasi ofisinin rəhbəri mücahid və şücaətli doktor İsmayıl Həniyyənin və onun əməkdaşının şəhadətinə səbəb olan terror aktı ilə bağlı İran ictimaiyyətinə çatdırılır ki:
1. Bu əməliyyat sionist rejim tərəfindən planlaşdırılaraq həyata keçirilmiş və Birləşmiş Ştatların cinayətkar dövləti tərəfindən dəstəklənmişdir.
2. Aparılmış axtarış və araşdırmalara əsasən, bu terror əməliyyatı qonaqlar üçün nəzərdə tutulmuş məkanın xaricindən güclü partlayışla müşayiət olunan 7 kiloqrama yaxın döyüş başlıqlı qısa mənzilli raketlə hədəfə alınması ilə baş verib.
Sonda vurğulanır ki, şəhid İsmayıl Həniənin qan qisası qətidir və avantürist, terrorçu sionist rejim ağır cəzalandırılmaqla bu cinayətin cavabını lazımi vaxt, məkan və şəraitdə mütləq alacaqdır.
İslam İnqilabı Keşikçiləri Korpusunun ictimaiyyətlə əlaqələr şöbəsi