Əli Baqiri Səudiyyə Ərəbistanının Ciddə şəhərinə gedib
https://parstoday.ir/azeri/news/iran-i6922-Əli_baqiri_səudiyyə_Ərəbistanının_ciddə_şəhərinə_gedib
 Xarici işlər naziri vəzifəsini icra edən Əli Baqiri İslam Əməkdaşlıq Təşkilatı Xarici İşlər Nazirləri İcraiyyə Komitəsinin fövqəladə iclasında iştirak etmək üçün başçılıq etdiyi nümayəndə heyətilə Səudiyyə Ərəbistanının Ciddə şəhərinə səfər edib.
(last modified 2024-08-08T04:01:33+00:00 )
Avq 07, 2024 09:59 Asia/Baku
  • Əli Baqiri Səudiyyə Ərəbistanının Ciddə şəhərinə gedib

 Xarici işlər naziri vəzifəsini icra edən Əli Baqiri İslam Əməkdaşlıq Təşkilatı Xarici İşlər Nazirləri İcraiyyə Komitəsinin fövqəladə iclasında iştirak etmək üçün başçılıq etdiyi nümayəndə heyətilə Səudiyyə Ərəbistanının Ciddə şəhərinə səfər edib.

 

Bu gün səhər (çərşənbə, 7 avqust) xarici işlər naziri vəzifəsini icra edən Əli Baqiri İslam Əməkdaşlıq Təşkilatı Xarici İşlər Nazirləri İcraiyyə Komitəsinin fövqəladə iclasında iştirak etmək üçün başçılıq etdiyi nümayəndə heyəti ilə Səudiyyə Ərəbistanının Ciddə şəhərinə yola düşüb.

Bu fövqəladə iclasın gündəliyi sionistlərin Fələstin xalqına qarşı cinayətlərinin davamı, həmçinin Fələstin İslami Müqavimətinin - HƏMAS-ın siyasi ofisinin rəhbəri Şeyx İsmayıl Həniyənin şəhadətində sionist cinayətkar rejimin təcavüzünün və bu rejim tərəfindən İran İslam Respublikasının suverenliyi və milli təhlükəsizliyinin pozulması miqyasının araşdırılmasıdır. Bu iclasın keçirilməsi xarici işlər naziri vəzifəsini icra edən Əli Baqirinin İslam Əməkdaşlıq Təşkilatının baş katibi və bu təşkilata üzv ölkələrin xarici işlər nazirləri ilə çoxsaylı məsləhətləşmələr və zənglərlə intensiv səylərdən və İranın fəal diplomatiyasından sonra baş tutub.