Baqiri: İran qarşılıqlı fəaliyyət və əməkdaşlıq sahəsində ECO-nun çiçəklənməsinə hazırdır
https://parstoday.ir/azeri/news/iran-i6928-baqiri_İran_qarşılıqlı_fəaliyyət_və_əməkdaşlıq_sahəsində_eco_nun_çiçəklənməsinə_hazırdır
Xarici işlər naziri vəzifəsini icra edən Əli Baqiri İranın İqtisadi Əməkdaşlıq Təşkilatının potensial imkanlarını inkişaf etdirmək üçün İqtisadi Əməkdaşlıq Təşkilatı (ECO) ilə qarşılıqlı fəaliyyətə və əməkdaşlığa hazır olduğunu vurğulayıb.
(last modified 2024-08-08T04:01:34+00:00 )
Avq 07, 2024 10:05 Asia/Baku
  • Baqiri: İran qarşılıqlı fəaliyyət və əməkdaşlıq sahəsində ECO-nun çiçəklənməsinə hazırdır

Xarici işlər naziri vəzifəsini icra edən Əli Baqiri İranın İqtisadi Əməkdaşlıq Təşkilatının potensial imkanlarını inkişaf etdirmək üçün İqtisadi Əməkdaşlıq Təşkilatı (ECO) ilə qarşılıqlı fəaliyyətə və əməkdaşlığa hazır olduğunu vurğulayıb.

 

Əli Baqiri 6 avqust 2024-cü il çərşənbə axşamı gecə X sosial şəbəkəsində yazıb: İqtisadi Əməkdaşlıq Təşkilatının (ECO) baş katibi ilə vida iclasında mən bu təşkilatın fəaliyyətinin iki rakursdan konsolidasiya və qonşuluq siyasətinin təşviqi, eləcə də çoxtərəfliliyin gücləndirilməsinin İran İslam Respublikasının xarici siyasət məqsədlərinə uyğun olduğunu vurğuladım.

O əlavə edib: İran bu təşkilatın potensial imkanlarının, xüsusən də beynəlxalq çoxtərəfli mexanizmlərlə qarşılıqlı fəaliyyət və əməkdaşlıq sahəsində çiçəklənməsinə kömək etmək üçün bütün lazımi tədbirləri görməyə hazırdır.