Burrell Netanyahunun kabinetinin sərt xətt nazirlərinə sanksiya tələb edib
https://parstoday.ir/azeri/news/iran-i7002-burrell_netanyahunun_kabinetinin_sərt_xətt_nazirlərinə_sanksiya_tələb_edib
Avropa İttifaqının xarici siyasət idarəsinin rəhbəri Cozep Burrell Avropa İttifaqından tələb edib ki, sionist rejimin Nazirlər Kabinetinin maliyyə naziri Bezalel Smutriç və daxili təhlükəsizlik naziri İtamar Ben Qvirə sanksiya tətbiq edilsin.
(last modified 2024-08-13T02:44:44+00:00 )
Avq 12, 2024 10:47 Asia/Baku
  • Burrell Netanyahunun kabinetinin sərt xətt nazirlərinə sanksiya tələb edib

Avropa İttifaqının xarici siyasət idarəsinin rəhbəri Cozep Burrell Avropa İttifaqından tələb edib ki, sionist rejimin Nazirlər Kabinetinin maliyyə naziri Bezalel Smutriç və daxili təhlükəsizlik naziri İtamar Ben Qvirə sanksiya tətbiq edilsin.

 

Burrell X sosial şəbəkəsində (keçmiş Twitter) istifadəçi hesabında yazdığı mesajda bunları yazıb: Dünya Qəzzada atəşkəs üçün səy göstərərkən, İtamar Ben Qvir Qəzzadakı mülki şəxslərə yanacaq daşınması və yardımların azaldılmasına çağırıb.

O əlavə edib: Bezalel Smutriçin məşum bəyanatları müharibə cinayətlərinə təhrikdir.  Sanksiyalar Avropa Birliyinin gündəmində olmalıdır.

Avropa Birliyinin xarici siyasət rəsmisi əlavə edib: İsrail (rejimi) hökumətindən müharibə cinayətləri törətmək üçün bu təxribatlardan açıq şəkildə uzaqlaşmasını və dərhal atəşkəs danışıqlarında xoş niyyətlə iştirak etməyi istəyirəm.