Sionist general İranın ehtimal olunan hücumları haqda Təl-Əvivə xəbərdarlıq edib
https://parstoday.ir/azeri/news/iran-i7112-sionist_general_İranın_ehtimal_olunan_hücumları_haqda_təl_Əvivə_xəbərdarlıq_edib
Sionist rejim generalı Dan Ronen dünən gecə Təl-Əviv üçün həyəcan siqnalı səsləndirib və belə deyib: İsrail İranın və onun müttəfiqlərinin ehtimal olunan raket hücumları qarşısında müqavimətə hazır deyildir.
(last modified 2024-08-20T04:54:54+00:00 )
Avq 19, 2024 19:22 Asia/Baku
  •     Sionist general İranın ehtimal olunan hücumları haqda Təl-Əvivə xəbərdarlıq edib

Sionist rejim generalı Dan Ronen dünən gecə Təl-Əviv üçün həyəcan siqnalı səsləndirib və belə deyib: İsrail İranın və onun müttəfiqlərinin ehtimal olunan raket hücumları qarşısında müqavimətə hazır deyildir.

 

Öz sözlərini təkrarlayan Ronen deyib: İsrail bir neçə cəbhədə hərtərəfli müharibə, həmçinin İranın, Livan Hizbullahının və Yəmən Ənsarullahının raket hücumları ilə mübarizəyə hazır deyil.

Sionistlərin/ İranın/ Həmas hərəkatının siyasi bürosunun sədri şəhid İsmail Həniyyənin terror edilməsinə qəti cavabı və Livan İslami Müqavimətinin/ özünün yüksək rütbəli komandiri şəhid Fuad Şükürün terroruna cavabı ilə bağlı psixoloji çaşqınlıq və iztirabları/ on aydan çox müddət öncədən başları müharibəyə qarışan sionistlərin psixoloji və psixi problemlərini artırıbdır.

Sionist medialar etiraf ediblər ki, şəhid Həniyyənin terror edilməsindən sonra/ sionistləri qorxu və dəhşət hissi ilə müşayiət olunan bir cür intizar bürüyüb və onlar hər an bu terror əməliyyatına cavabı gözləyirlər.