İranın 4 vilayətində 14 İŞİD terrorçusu həbs edilib
https://parstoday.ir/azeri/news/iran-i7144-İranın_4_vilayətində_14_İŞİd_terrorçusu_həbs_edilib
İran İslam Respublikasının təhlükəsizlik Nazirliyi 4 vilayətdə 14 İŞİD terrorçusunun həbs edildiyini açıqlayıb.
(last modified 2026-03-20T08:20:48+00:00 )
Avq 23, 2024 15:01 Asia/Baku
  • İranın 4 vilayətində 14 İŞİD terrorçusu həbs edilib

İran İslam Respublikasının təhlükəsizlik Nazirliyi 4 vilayətdə 14 İŞİD terrorçusunun həbs edildiyini açıqlayıb.

İran İslam Respublikasının təhlükəszilik Nazirliyi bu gün (cümə) yaydığı bəyanatda bildirib ki, Tehran, Əlborz, Fars və Xuzistan vilayətlərində Baş Kəşfiyyat İdarələri tərəfindən  həyata keçirilən əməliyyatlarda 14 ünsür saxlanılıb. Terrorçular, Amerika və Sionist israil rejimi tərəfindən yardılan və dəstəklənən  “Xorasan İŞİD” -inin üzvləridir.

İŞİD terror qruplaşmasının üzvləri terror əməliyyatları keçirmək məqsədi ilə son bir neçə gündə qeyri-qanuni yollarla İrana daxil olublar.