İranlı şagirdlər Amerika Dünya Müsabiqəsində 8 medal qazanaraq parladılar
https://parstoday.ir/azeri/news/iran-i7194-İranlı_şagirdlər_amerika_dünya_müsabiqəsində_8_medal_qazanaraq_parladılar
İranlı şagirdlərin elmi qruplarının rəhbəri bildirib: “İranlı şagirdlər Amerika Dünya Elm və İxtiralar Müsabiqəsində 2 qızıl, 3 gümüş və 3 bürünc olmaqla səkkiz rəngli medal qazanıblar.”
(last modified 2024-08-27T07:57:48+00:00 )
Avq 27, 2024 11:56 Asia/Baku
  • İranlı şagirdlər Amerika Dünya Müsabiqəsində 8 medal qazanaraq parladılar

İranlı şagirdlərin elmi qruplarının rəhbəri bildirib: “İranlı şagirdlər Amerika Dünya Elm və İxtiralar Müsabiqəsində 2 qızıl, 3 gümüş və 3 bürünc olmaqla səkkiz rəngli medal qazanıblar.”

 

Mehdi Rəşidi Cahan çərşənbə axşamı Amerika Dünya Elm və İxtira Müsabiqəsi-2024-də 17 iranlı ixtiraçı şagirdin 8 komanda şəklində qiyabi iştirakına toxunaraq dedi: “Amerikan Dünya Elm və İxtiralar Müsabiqəsi-2024 avqustun 21-dən 24-dək Virciniya Universiteti tərəfindən əyani və qiyabi şəkildə keçirildi.” 

O, əlavə edib: “Amerika Dünya Elm və İxtira Müsabiqəsi-2024 dörd gün ərzində dünyanın əsas elmi və tədqiqat təşkilatlarının, həmçinin Google və Microsoft-un dəstəyi ilə keçirildi. Bu müsabiqədə iranlı şagirdlər 2 qızıl, 3 gümüş və 3 bürünc medal daxil olmaqla səkkiz rəngli medal qazandı.” 

İranlı şagirdlərin elmi qruplarının rəhbəri əlavə edib: “İranın Amerika Dünya Elm və İxtiralar Müsabiqəsindəki 2 qızıl medalını elektronika sahəsində Əmirəli Dadxah və Məhəmməd Hüseyn Bəhrami, materialşünaslıq sahəsində isə Əmirhüseyn Manafinin komandaları qazanıblar.”