İran və BƏƏ xarici işlər nazirləri ikitərəfli əlaqələr və əməkdaşlığın genişləndirilməsini vurğulayıblar
https://parstoday.ir/azeri/news/iran-i7196-İran_və_bƏƏ_xarici_işlər_nazirləri_ikitərəfli_əlaqələr_və_əməkdaşlığın_genişləndirilməsini_vurğulayıblar
İran və BƏƏ xarici işlər nazirləri telefon danışığında iqtisadi, konsulluq və təhlükəsizlik sahəsində əməkdaşlıq, eləcə də regional əməkdaşlıq sahələrində ikitərəfli əlaqələrin inkişafı üçün dialoq və fikir mübadiləsinin davam etdirilməsini vurğulayıblar.
(last modified 2024-08-31T08:15:51+00:00 )
Avq 28, 2024 06:37 Asia/Baku
  • İran və BƏƏ xarici işlər nazirləri ikitərəfli əlaqələr və əməkdaşlığın genişləndirilməsini vurğulayıblar

İran və BƏƏ xarici işlər nazirləri telefon danışığında iqtisadi, konsulluq və təhlükəsizlik sahəsində əməkdaşlıq, eləcə də regional əməkdaşlıq sahələrində ikitərəfli əlaqələrin inkişafı üçün dialoq və fikir mübadiləsinin davam etdirilməsini vurğulayıblar.

İRNA-nın məlumatına görə, Birləşmiş Ərəb Əmirliklərinin baş nazirinin müavini və xarici işlər naziri Şeyx Abdullah bin Zayed Ali-Nəhyan dünən çərşənbə axşamı Seyid Abbas Əraqçi ilə telefon danışığında onu İranın xarici işlər naziri seçilməsi münasibətilə təbrik edərkən deyib: BƏƏ-i İran İslam Respublikası ilə ikitərəfli və regional əlaqələri genişləndirmək istəyir.

İranın xarici işlər naziri Seyid Abbas Əraqçi də Şeyx Abdullah bin Zayed Ali-Nəhyanı BƏƏ baş nazirinin müavini vəzifəsinə təyin olunması münasibətilə təbrik edib və ona bu yeni vəzifədə uğurlar arzulayıb.

İran və BƏƏ xarici işlər nazirləri də bir-birlərini Tehran və Əbu-Dabiyə səfərə dəvət ediblər.