Pezeşkiyan on dördüncü dövlətin biraylıq fəaliyyətini dəyərləndirib
İran prezidenti Məsud Pezeşkiyan dünən axşam xalq ilə ilk televiziya söhbətində on dördüncü dövlətin biraylıq fəaliyyətini dəyərləndirib.
İran prezidenti xalq ilə ilk televiziya söhbətində vurğulayıb: Meydana gələcək razılaşma və qoyacağımız göstəricilərlə elə edəcəyik ki, nazirlərin müavinləri və sıra ilə- vilayətlərdə müdirlər partiya, qrup və cinah asılılığı əsasında deyil, ləyaqət əsasında təyin olunsunlar.
Ölkə prezidenti dövlətin inflyasiyanı aradan qaldırmaq üzrə proqramı barədə belə deyib: Dünən iqtisadiyyat naziri parlamentdə proqramları söylədi. Yeddinci proqram bir əsas olmalıdır və əgər düzəlişə ehtiyac duyarsa, həyata keçirilməlidir. Biz daxili ixtilafı,/ qonşular və dünya ilə problemləri həll etməliyik. Hər halda, iqtisadiyyat xarici problemlərlə əlaqəlidir.
İnflyasiyanı aradan qaldırmaq üçün əlimizdən gələni edəcəyik. Amma bu hədəf dünya olayları və daxili məsələlərdən də asılıdır- Pezeşkiyan söyləyib.
Fərqli səliqələri bir-birilərinə yaxınlaşdırmalıyıq- deyən İran prezidenti bildiribdir ki: Qırxa yaxın ölkə ilə müzakirə etmişik və müqavilə bağlamaqdayıq.