Təkmilləşdirilmiş M60 tankı İran ordusunun quru qoşunlarının sərəncamına verilib
https://parstoday.ir/azeri/news/iran-i7256-təkmilləşdirilmiş_m60_tankı_İran_ordusunun_quru_qoşunlarının_sərəncamına_verilib
Çox güclü manevr qabiliyyətinə və atəş gücünə malik təkmilləşdirilmiş M60 tankı Ordu Komandanının iştirakı ilə Quru Qoşunlarının sərəncamına verilib.
(last modified 2024-09-03T07:54:05+00:00 )
Sen 01, 2024 13:26 Asia/Baku
  • Təkmilləşdirilmiş M60 tankı İran ordusunun quru qoşunlarının sərəncamına verilib

Çox güclü manevr qabiliyyətinə və atəş gücünə malik təkmilləşdirilmiş M60 tankı Ordu Komandanının iştirakı ilə Quru Qoşunlarının sərəncamına verilib.

 

Şəhid Zərhərən adına istehsal, optimallaşdırma və modernləşdirmə mərkəzində optimallaşdırılmış və təkmilləşdirilmiş M60 tankının sərəncama verilmə mərasimi bazar günü ordunun baş komandanı, briqada general-mayoru Seyid Əbdürrəhim Musəvi, Ordunun Quru Qoşunlarının komandanı general Kyumərs Heydəri və bir qrup ordu komandirinin iştirakı ilə keçirilib.

M60 tankı zirehdən qorunma və zireh qabiliyyəti baxımından dünyada mövcud olan tanklara bərabərdir və texnologiyanın müasir standartlarına uyğun optimallaşdırılıb.

Atəş idarəetmə sistemi, köməkçi pulemyot silahı, komanda pulemyot silahı, komanda silahını daşıyan iki dərəcə sərbəstlik platforması bu tankın optimallaşdırılmış atəş gücü arasındadır.