Lavrov: İran heç vaxt təxribat xarakterli hərəkətlərə boyun əyməyəcək
https://parstoday.ir/azeri/news/iran-i7264-lavrov_İran_heç_vaxt_təxribat_xarakterli_hərəkətlərə_boyun_əyməyəcək
 Rusiyanın Xarici İşlər naziri Sergey Lavrov Fələstin İslami Müqavimət Hərəkatı HƏMAS-ın Siyasi Ofisinin rəhbərinə qarşı terror aktının İranı təxribata çəkmək cəhdi olduğunu bildirərək vurğulayıb: “İran İslam Respublikası heç vaxt təxribat xarakterli hərəkətlərə boyun əyməyəcək.”
(last modified 2026-03-20T08:20:48+00:00 )
Sen 01, 2024 13:36 Asia/Baku
  • Lavrov: İran heç vaxt təxribat xarakterli hərəkətlərə boyun əyməyəcək

 Rusiyanın Xarici İşlər naziri Sergey Lavrov Fələstin İslami Müqavimət Hərəkatı HƏMAS-ın Siyasi Ofisinin rəhbərinə qarşı terror aktının İranı təxribata çəkmək cəhdi olduğunu bildirərək vurğulayıb: “İran İslam Respublikası heç vaxt təxribat xarakterli hərəkətlərə boyun əyməyəcək.”

 

Rusiya XİN rəhbəri qeyd edib ki, hazırda görünən odur ki, Təl-Əviv qonşu ölkələrin müdaxiləsi ilə İran və İsrail arasında böyük müharibəyə başlamaq istəyən yeganə tərəfdir. 

“İsrail regionda yaranmış şərait və imkanlardan yararlanmaq niyyətində olduğunu gizlətmir” - deyə, o, əlavə edib.

İsmayıl Həniyyənin Tehranda terror edilməsini İranı təxribata çəkmək üçün bir hərəkət olduğunu bildirən Lavrov deyib: “Qərblilər İranı təhrik etməyə çalışsalar da, İran təxribat xarakterli hərəkətlərə boyun əymək istəmir, qətiyyətlə, böyük bir müharibəyə girməkdən uzaq dayanır.”