Səfərzadə Parisdə tarix yazdı; İranlı gözdən əlil qız gümüş medal qazandı
https://parstoday.ir/azeri/news/iran-i7292-səfərzadə_parisdə_tarix_yazdı_İranlı_gözdən_əlil_qız_gümüş_medal_qazandı
 İranlı qadın qaçışçı Paris Paralimpiya Oyunlarının 400 metr məsafəyə T12 yarışında gümüş medal qazanıb.
(last modified 2024-09-03T08:20:39+00:00 )
Sen 03, 2024 12:19 Asia/Baku
  • Səfərzadə Parisdə tarix yazdı; İranlı gözdən əlil qız gümüş medal qazandı

 İranlı qadın qaçışçı Paris Paralimpiya Oyunlarının 400 metr məsafəyə T12 yarışında gümüş medal qazanıb.

 

25 yaşlı Hacər Səfərzadə bu tarixi titulu bu gün, çərşənbə günü 55,39 göstərici ilə qazanıb.

Kubalı Amara Durand 53,59 nəticə ilə qızıl, ukraynalı Oksana Buturçuk isə 55,67 nəticə ilə bürünc medal sahibi olub.

Bu, İran karvanının atletika üzrə altıncı medalıdır. Əmirhüseyn Əlipur bundan əvvəl çəki atma yarışında qızıl medal qazanmışdı. Mehdi Ovlad və Zəfər Zakir çəki atmada, Pərəstu Həbibi isə gürzlə atmada gümüş medal qazanıb. Əlirza Muxtari çəki atmada bürünc medal qazanıb.