İranın müvəqqəti işlər vəkili Londonda Səudiyyə Ərəbistanının səfiri ilə görüşüb
İran İslam Respublikasının Londondakı müvəqqəti işlər vəkili Seyid Mehdi Hüseyni Mətin bazar ertəsi Londonda Səudiyyə Ərəbistanının səfiri Xalid Bin Bəndər ilə görüşüb .
Fars xəbər agentliyinin məlumatına görə, bu görüşdə Hüseyni Mətin və Xalid Bin Bəndər İran və Səudiyyə Ərəbistanı arasında əlaqələrin inkişafından məmnunluq ifadə edib , regional və beynəlxalq məsələlər ətrafında fikir mübadiləsi aparıb və təmasların davam etdirilməsini vurğulayıblar.
İran və Səudiyyə Ərəbistanı, İraq və Omanın ev sahibliyi etdiyi iki illik danışıqlardan sonra , 10 mart 2023-cü il Pekində iki ölkənin milli təhlükəsizlik təşkilatlarının rəsmiləri arasında bir neçə günlük görüşlərdən sonra bəyanat nəşr edərək Tehran və Ər-Riyad arasında münasibətlərin normallaşdırılmasına dair razılaşmadan xəbər verdilər .
qeyd edək, İki ölkə arasında diplomatik əlaqələr 2016-cı ildən kəsilmişdi.
İranın Səudiyyə Ərəbistanı da daxil olmaqla regionun ərəb ölkələri ilə əlaqələrinin yaxşılaşdırılması ABŞ və sionist rejimin İranı təcrid etmək siyasətinin uğursuzluğu kimi qiymətləndirilir.
Həmçinin, İran və Səudiyyə Ərəbistanı arasında siyasi əlaqələrin bərpası regional və beynəlxalq hadisələrdə mühüm dönüş nöqtəsi kimi qiymətləndirilməlidir; İndi iki regional qütb olaraq İran və Səudiyyə Ərəbistanı regionda gərginliyi azaltmaq və ikitərəfli münasibətlərdə ortaq layihələri müəyyənləşdirmək yolundadır.