İranın Londondakı səfirliyi: Raket dilənmək dövrü bitdi - Bizimlə hörmətlə danışın
https://parstoday.ir/azeri/news/iran-i7458-İranın_londondakı_səfirliyi_raket_dilənmək_dövrü_bitdi_bizimlə_hörmətlə_danışın
İran İslam Respublikasının Londondakı səfirliyi “Çəmran 1” tədqiqat peykinin uğurla orbitə buraxılması və ölkəmizin kosmos sənayesinin zalım Qərb sanksiyaları fonunda irəliləyişinə işarə edərək, deyib: İranla sanksiya dili ilə deyil, hörmət dili ilə danışın.
(last modified 2024-09-15T07:43:56+00:00 )
Sen 15, 2024 11:39 Asia/Baku
  • İranın Londondakı səfirliyi: Raket dilənmək dövrü bitdi - Bizimlə hörmətlə danışın

İran İslam Respublikasının Londondakı səfirliyi “Çəmran 1” tədqiqat peykinin uğurla orbitə buraxılması və ölkəmizin kosmos sənayesinin zalım Qərb sanksiyaları fonunda irəliləyişinə işarə edərək, deyib: İranla sanksiya dili ilə deyil, hörmət dili ilə danışın.

 

İranın Londondakı səfirliyi X (keçmiş Twitter) sosial şəbəkəsində mesaj dərc edərək yazıb: İran öz “Çəmran” tədqiqat peykini uğurla kosmosa göndərib. İranın özünü müdafiə etmək üçün ölkə-ölkə gəzərək bir raket axtardığı dövr keçdi və bu gün sanksiyalara baxmayaraq, özünün qabaqcıl peykini kosmosa göndərir. 

Bu mesajda əlavə edilib: Odur ki, İranla sanksiyalar dili ilə deyil, hörmət dili ilə danışın.