Prezident bazar günü Nyu-Yorka yola düşür
Sen 17, 2024 09:20 Asia/Baku
Prezident Doktor Məsud Pezeşkiyan Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyasında iştirak və çıxış etmək üçün sentyabrın 22-i, bazar günü Nyu-Yorka gedəcək.
İran İslam Respublikası prezidentinin Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyasında çıxışı tarixi sentyabrın 24-ü olacaq. O, İran xalqının fikirlərini açıqlayacaq.
Bu səfər hər il sentyabrın sonunda baş verir və müxtəlif dövrlərdə ölkəmizin prezidentləri öz fikirlərini, qarşıda duran məsələləri izah edirlər.
Teqlər