Təbəs mədənində baş verən qəzada ölənlərin sayı 30 nəfərə çatıb
https://parstoday.ir/azeri/news/iran-i7572-təbəs_mədənində_baş_verən_qəzada_ölənlərin_sayı_30_nəfərə_çatıb
Cənubi Xorasan Valiliyinin Böhran İdarəetmə İdarəsinin baş direktoru deyib: Bu gün (bazar günü) saat 9-a kimi Təbəs mədənində baş verən qəzada ölənlərin sayı 30 nəfərə çatıb.
(last modified 2024-09-23T07:42:57+00:00 )
Sen 22, 2024 11:28 Asia/Baku
  • Təbəs mədənində baş verən qəzada ölənlərin sayı 30 nəfərə çatıb

Cənubi Xorasan Valiliyinin Böhran İdarəetmə İdarəsinin baş direktoru deyib: Bu gün (bazar günü) saat 9-a kimi Təbəs mədənində baş verən qəzada ölənlərin sayı 30 nəfərə çatıb.

 

Məhəmməd Əli Axundi əlavə edib: Biz vəziyyəti tez bir zamanda normallaşdırmağa və qəzanın bütün qurbanlarını köçürməyə çalışırıq, lakin indiki şəraitdə hazırkı vəziyyətə görə, itkilərin sayının artması ehtimalı var. 

O, davam etdi: İndiyə qədər Təbəs mədənində baş verən qəzada ölənlərin sayı 19-dan 30-a yüksəlib, 17 yaralı xəstəxanalara yerləşdirilib. 

Cənubi Xorasan Valiliyinin Böhran İdarəetmə Baş direktoru yaralıların təqibi və köçürülməsi üçün lazımi imkanların olduğunu və xilasetmə cihazlarının hələ də işlədiyini bildirib: Bu qəza mədənçilərin boğulmasına səbəb olan metan qazı və dəm qazının sürətlə yayılması səbəbindən baş verib.