Kənani: İran Fars körfəzində kollektiv əməkdaşlığın ciddi tərəfdarıdır
https://parstoday.ir/azeri/news/iran-i7630-kənani_İran_fars_körfəzində_kollektiv_əməkdaşlığın_ciddi_tərəfdarıdır
Xarici İşlər Nazirliyinin sözçüsü deyib: İran region ölkələri arasında konstruktiv əlaqələr və kollektiv əməkdaşlığı genişləndirmək və şaxələndirmək üçün Fars körfəzi regionunda kollektiv dialoq və əməkdaşlığın gücləndirilməsinin ciddi tərəfdarıdır.
(last modified 2024-09-28T09:15:11+00:00 )
Sen 25, 2024 10:03 Asia/Baku
  • Kənani: İran Fars körfəzində kollektiv əməkdaşlığın ciddi tərəfdarıdır

Xarici İşlər Nazirliyinin sözçüsü deyib: İran region ölkələri arasında konstruktiv əlaqələr və kollektiv əməkdaşlığı genişləndirmək və şaxələndirmək üçün Fars körfəzi regionunda kollektiv dialoq və əməkdaşlığın gücləndirilməsinin ciddi tərəfdarıdır.

 

Xarici İşlər Nazirliyinin sözçüsü Nasir Kənani İRNA-nın xarici siyasət şöbəsi müxbirinin İran və 8 Fars körfəzi ölkəsinin xarici işlər nazirlərinin BMT Baş Assambleyası çərçivəsində görüşünün keçirilməsinin mümkünlüyü ilə bağlı sualına cavab olaraq bildirib: BMT-nin Baş Assambleyası çərçivəsində Fars körfəzi ölkələrinin ali və yüksək vəzifəli şəxsləri ilə görüş ölkəmizin prezidenti və xarici işlər nazirinin proqramının tərkib hissəsidir. 

O, davam etdi: Bu görüşlərin və müzakirələrin bəziləri keçirilib, bəzi digər görüşlər və müzakirələr isə hazırlanan proqramlara və nümayəndə heyətlərinin intensiv iş vaxtına uyğun olaraq davam edəcək.