Prezident: İnkişaf və tərəqqi üçün bizə təhlükəsiz bölgə lazımdır
https://parstoday.ir/azeri/news/iran-i7640-prezident_İnkişaf_və_tərəqqi_üçün_bizə_təhlükəsiz_bölgə_lazımdır
 Prezident deyib: “İnkişaf və tərəqqi üçün təhlükəsiz bölgəyə ehtiyacımız var, sülh və təhlükəsizlik olmasa, hamımız əziyyət çəkəcəyik.”
(last modified 2024-09-26T03:41:17+00:00 )
Sen 25, 2024 18:39 Asia/Baku
  • Prezident: İnkişaf və tərəqqi üçün bizə təhlükəsiz bölgə lazımdır

 Prezident deyib: “İnkişaf və tərəqqi üçün təhlükəsiz bölgəyə ehtiyacımız var, sülh və təhlükəsizlik olmasa, hamımız əziyyət çəkəcəyik.”

 

Doktor Məsud Pezeşkiyan Nyu-Yorkda səfərinin üçüncü gününün planlarının davamında çərşənbə günü, günortadan əvvəl Küveyt Vəliəhdi cənab Sabah Xalid əl-Həməd əl-Sabah ilə görüşündə iki ölkə arasında əlaqələrin inkişaf etdirilməsində və yüksəldilməsində maraqlı olduğunu bildirərək deyib: “Küveyti dost və qardaş ölkə hesab edirik. Bu əsasla biz ikitərəfli münasibətlərin və əməkdaşlığın səviyyəsini daha dərin, sıx və bütün ölçülərdə və sahələrdə inkişaf etdirməyə hazırıq.”

 

Prezident xarici siyasətdə yanaşmamızın qonşu dövlətlərlə dostluq və qardaşlığa əsaslanan qarşılıqlı anlaşma və əlaqələri genişləndirmək, fikir ayrılıqları əvəzinə anlaşma və dialoq yolunu seçmək olduğunu vurğulayaraq deyib: “Buna uyğun olaraq, vəzifəm müddətində bu məqsədimi reallaşdırmağa çalışacağam.”

 

Görüşdə Küveyt Vəliəhdi Sabah Xalid əl-Həməd əl-Sabah da Pezeşkiyanla görüşmək fürsətindən məmnunluğunu ifadə edərək, ölkəsinin yeni dövrdə iki ölkə arasında əlaqələrin və əməkdaşlığın inkişaf etdirilməsi istiqamətində ciddi səylər göstərdiyini vurğulayaraq deyib: “Sizin vəzifəyə gəldiyiniz ilk gündən biz Tehrandan region və dünya ilə inkişaf və qarşılıqlı fəaliyyət üçün yeni üfüqlərin açılması istiqamətində müsbət mesajlar aldıq ki, bu da çox dəyərlidir. Ümid edirəm ki, bu dövrdə biz keçmişdəki münasibətlərin eniş-yoxuşundan asılı olmayaraq, gələcəkdə yaxşı və müsbət hadisələri alqışlaya bilərik.”