Qodumi: Biz müqavimət göstərməyə davam edəcəyik - Qlobal ikiüzlülük dayandırılmalıdır
https://parstoday.ir/azeri/news/iran-i7684-qodumi_biz_müqavimət_göstərməyə_davam_edəcəyik_qlobal_ikiüzlülük_dayandırılmalıdır
HƏMAS hərəkatının İrandakı nümayəndəsi deyib: Beynəlxalq Cinayət Məhkəməsi Netanyahunu hərbi cinayətkar elan edib, lakin onun necə BMT-yə dəvət edilməsi, danışmasına icazə vermələri təəccüblüdür. Bu qlobal riyakarlığa son qoyulmalıdır.
(last modified 2024-10-01T05:32:03+00:00 )
Sen 29, 2024 11:22 Asia/Baku
  • Qodumi: Biz müqavimət göstərməyə davam edəcəyik - Qlobal ikiüzlülük dayandırılmalıdır

HƏMAS hərəkatının İrandakı nümayəndəsi deyib: Beynəlxalq Cinayət Məhkəməsi Netanyahunu hərbi cinayətkar elan edib, lakin onun necə BMT-yə dəvət edilməsi, danışmasına icazə vermələri təəccüblüdür. Bu qlobal riyakarlığa son qoyulmalıdır.

 

Xalid Qədumi İRNA-nın xarici siyasət şöbəsi müxbirinin sionist rejimin kütləvi qırğın maşınının dayandırılması üçün yeni qlobal və regional təşəbbüslə bağlı sualına cavab olaraq deyib: Dünya sionist rejimin cinayətlərinin şahidi olub.

O, əlavə etdi: Biz cinayətkar Netanyahunun BMT-də çıxış edəndə hamının iclası necə tərk etdiyinin şahidi oluruq. Təbii ki, qanuni olaraq Beynəlxalq Cinayət Məhkəməsi Netanyahunu müharibə cinayətkarı elan edib, amma təəccüblüdür ki, onu BMT-yə necə dəvət edirlər və danışmasına icazə verirlər. Bu qlobal riyakarlığa son qoyulmalıdır.