Prezident Pezeşkiyan: İran istənilən təhlükəyə qarşı qətiyyətlə dayanır
https://parstoday.ir/azeri/news/iran-i7734-prezident_pezeşkiyan_İran_istənilən_təhlükəyə_qarşı_qətiyyətlə_dayanır
Prezident İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) işğal olunmuş ərazilərin mərkəzinə yağdırdığı raket yağışının ardınca vurğulayıb: “Netanyahu bilməlidir ki, İran müharibə qızışdırmır, lakin istənilən təhlükəyə qarşı qətiyyətlə dayanır.”
(last modified 2024-10-03T02:44:20+00:00 )
Okt 01, 2024 17:54 Asia/Baku
  • Prezident Pezeşkiyan: İran istənilən təhlükəyə qarşı qətiyyətlə dayanır

Prezident İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) işğal olunmuş ərazilərin mərkəzinə yağdırdığı raket yağışının ardınca vurğulayıb: “Netanyahu bilməlidir ki, İran müharibə qızışdırmır, lakin istənilən təhlükəyə qarşı qətiyyətlə dayanır.”

 

Məsud Pezeşkiyan oktyabrın 1-i çərşənbə axşamı, axşam saatlarında X sosial şəbəkəsində yazıb: “Qanuni hüquqlara əsaslanaraq, İran və region üçün sülh və təhlükəsizlik məqsədi ilə sionist rejimin təcavüzünə qəti cavab verildi.”

 

“İranın sionist rejimə hücumu İranın maraqlarını və vətəndaşlarının müdafiəsi üçün idi”, Prezident əlavə edib.

 

Dövlət başçısı bildirib: “Netanyahu bilsin ki, İran müharibə qızışdırmır, lakin istənilən təhlükəyə qarşı qətiyyətlə dayanır.”