Lavrov : İranın ŞƏT-ə üzvlüyü qurumun dövlət başçılarının görüşündə rəsmiləşdiriləcək
https://parstoday.ir/azeri/news/iran-i780-lavrov_İranın_ŞƏt_ə_üzvlüyü_qurumun_dövlət_başçılarının_görüşündə_rəsmiləşdiriləcək
İranın təşkilata tamhüquqlu üzvlüyü ŞƏT dövlət başçılarının iyulun 4-də keçiriləcək sessiyasında rəsmiləşdiriləcək, Rusiyanın xarici işlər naziri Sergey Lavrov bildirib.
(last modified 2023-07-01T05:23:25+00:00 )
İyul 01, 2023 05:12 Asia/Baku
  • Lavrov : İranın ŞƏT-ə üzvlüyü qurumun dövlət başçılarının görüşündə rəsmiləşdiriləcək

İranın təşkilata tamhüquqlu üzvlüyü ŞƏT dövlət başçılarının iyulun 4-də keçiriləcək sessiyasında rəsmiləşdiriləcək, Rusiyanın xarici işlər naziri Sergey Lavrov bildirib.

 “Daha çox ölkə ŞƏT ilə əlaqələr qurmağa çalışır. İranın tamhüquqlu üzvlüyü artıq iyulun 4-də Dövlət Başçıları Şurasının sessiyasında rəsmiləşdiriləcək”, - Rusiyanın xarici işlər naziri cümə günü ŞƏT-in Moskvadakı Xalq Diplomatiyası Mərkəzində deyib.

Bundan əvvəl Rusiya prezidentinin ŞƏT işləri üzrə xüsusi nümayəndəsi Bəxtier Hakimov İranın Şanxay Əməkdaşlıq Təşkilatına (ŞƏT) tamhüquqlu iştirakçı kimi daxil olmasının ŞƏT-in Yeni Dehli sammitində mühüm qərar olacağını açıqlamışdı.