Əl-Əqsa tufanı əməliyyatından sonra sionist rejimin ömrü hər saat azaldı
https://parstoday.ir/azeri/news/iran-i7800-Əl_Əqsa_tufanı_əməliyyatından_sonra_sionist_rejimin_ömrü_hər_saat_azaldı
 Ədliyyə Nazirliyinin sözçüsü və sosial və cinayətin qarşısının alınması üzrə nazir müavini Əl-Əqsa tufanı əməliyyatının ildönümü ərəfəsində olduğumuza işarə edərək dedi: Fələstin xalqının qanuni müdafiəsi ilə sionist rejimin ömrünün saatdan-saata azaldığının və fələstinlilərin qələbənin yaxınlaşdığının şahidi oluruq.
(last modified 2024-10-05T06:36:16+00:00 )
Okt 05, 2024 10:35 Asia/Baku
  • Əl-Əqsa tufanı əməliyyatından sonra sionist rejimin ömrü hər saat azaldı

 Ədliyyə Nazirliyinin sözçüsü və sosial və cinayətin qarşısının alınması üzrə nazir müavini Əl-Əqsa tufanı əməliyyatının ildönümü ərəfəsində olduğumuza işarə edərək dedi: Fələstin xalqının qanuni müdafiəsi ilə sionist rejimin ömrünün saatdan-saata azaldığının və fələstinlilərin qələbənin yaxınlaşdığının şahidi oluruq.

 

Əsgər Cahangir şənbə günü xüsusi mətbuat konfransında Hizbullahın baş katibi, uca məqamlı şəhid Seyid Həsən Nəsrullahın şəhadəti ilə bağlı başsağlığı verərkən deyib: İmamın və inqilab rəhbərinin övladları ölkəyə və milli mənafelərə qarşı hər hansı təcavüzün öhdəsindən gələcək və düşmən bu əməllərinə görə peşman olacaq. 

Cahangir sözlərinə davam edərək, Əl-Əqsa tufanı əməliyyatının ildönümü ərəfəsində olduğumuza işarə edərək dedi: Düz bir il əvvəl Fələstin xalqının qanuni müdafiəsi baş tutdu və bundan sonra biz görürük ki, sionist rejimin ömrü saatdan-saata azalır və qələbə yaxındır. Sionist rejimin qəddar əməlləri və cinayətləri bu müddət ərzində Qəzzada davam etsə də, bilməliyik ki, uca məqsədlərə çatmaq üçün bədəl ödənilməlidir.