Qalibaf: Sionist rejimlə siyasi və iqtisadi əməkdaşlıq dayandırılmalıdır
(last modified Mon, 14 Oct 2024 05:39:38 GMT )
Okt 14, 2024 09:39 Asia/Baku
  • Qalibaf: Sionist rejimlə siyasi və iqtisadi əməkdaşlıq dayandırılmalıdır

 İslami Şura Məclisinin sədri deyib: “Sionist rejimlə hər cür əməkdaşlıq, yardım və dialoqun və bu rejimə kömək edən hər cür siyasi və iqtisadi layihəninin dayandırılması zəruridir.”

 

Məhəmməd Baqir Qalibaf bu gün bazar günü - oktyabrın 13-də İslam Ölkələri Parlament Birliyinin Cenevrədə keçirilən iclasında deyib: “Bu sual hamımızın düşünməli olduğu ən əsas sualdır və təbii ki, bütün cavabları özündə ehtiva edir. Qondarma İsrail rejimi bütün bəhanələrdən əl çəkib və müsəlmanlara qarşı çəkinmədən açıq-aşkar cinayətlər törədir. Bu, təkcə Qəzzə və ya Livanda baş verən bir hadisə deyil. İşğalçı İsrail rejiminin bu cinayətləri bütün İslam ərazisində təkrarlamaq üçün böyük planı var. Amerika və bəzi qərb ölkələrinin tam dəstəyi ilə o yerə çatmağa çalışır ki, lazım bildiyi zaman İslam dünyasının istənilən yerində istənilən İslam liderinə qarşı istənilən cinayəti törədə bilsin, eyni zamanda hər hansı bir cəzadan qorunsun.”

 

Qalibaf “İslam dünyası dayanıb şərin bütün ərazilərinə yayılmasına tamaşa edəcəkmi?” sualını qaldıraraq bildirib ki, İslam dünyasının azad döyüşçüləri və mücahidləri ilə bağlı belə gümanım yoxdur. O gün heç vaxt gəlməyəcək.

 

Qalibaf bölgədəki anti-İsrail müqavimətinin İslam ümmətindən kömək gözlədiyini bildirərək deyib: “Sionist düşmən öz tarixinin ən zəif mövqeyindədir. Biz regionumuzda bu tarixi şərə son qoymaq üçün unikal mövqedəyik.”

 

Parlamentin sədri deyib: “İsrail indi ümmətin birliyinə mane olmaq üçün misli görünməmiş zəifliklərini və məhdudiyyətlərini aqressiv jestlərin arxasında gizlətməyə çalışır. Sionistlər müsəlman dünyasında qorxu və nifaq salmağa ümid bağlayıblar. Cəsur olmağımız və bir-birinin arxasında durmağımız kifayətdir. O zaman cinayətkar sionizm adlanan illüziya əbədi olaraq sona çatacaq.”