İran uzaqmənzilli silahların istehsalını gündəmdə saxlayır
https://parstoday.ir/azeri/news/iran-i794-İran_uzaqmənzilli_silahların_istehsalını_gündəmdə_saxlayır
İran İslam Respublikası Ordusunun Hava Hücumundan Müdafiə Qüvvələri mümkün təhlükələrə qarşı mübarizə aparmaq üçün bu il qabaqcıl uzaqmənzilli hərbi texnika istehsal etməyi hədəfləyir.
(last modified 2023-07-01T04:50:47+00:00 )
İyun 29, 2023 19:57 Asia/Baku
  • İran uzaqmənzilli silahların istehsalını gündəmdə saxlayır

İran İslam Respublikası Ordusunun Hava Hücumundan Müdafiə Qüvvələri mümkün təhlükələrə qarşı mübarizə aparmaq üçün bu il qabaqcıl uzaqmənzilli hərbi texnika istehsal etməyi hədəfləyir.

 

Hava Hücumundan Müdafiə Qüvvələrinin komandanı, briqada generalı Əlirza Səbahi-Fərd bu barədə deyib: “Gözlənilən təhdidlərə və mümkün qarşıdan gələn çağırışlara uyğun olaraq, qabaqcıl uzaqmənzilli radarların, raketlərin və pilotsuz təyyarələrin istehsalı ordunun hava hücumundan müdafiə qüvvələrinin bu il gündəmindədir”.

O qeyd edib ki, Ordunun hava hücumundan müdafiə qüvvələri ölkənin hava sərhədlərinə tam nəzarət edir və minlərlə müdafiə məntəqəsində mütəxəssislər diqqətlə müşahidə və monitorinq aparırlar.