Əraqçi omanlı həmkarı və Yəmən Milli Qurtuluş Hökumətinin sözçüsü ilə Məsqətdə görüşüb
https://parstoday.ir/azeri/news/iran-i7940-Əraqçi_omanlı_həmkarı_və_yəmən_milli_qurtuluş_hökumətinin_sözçüsü_ilə_məsqətdə_görüşüb
 İranın xarici işlər naziri Məsqətə gəldikdən sonra omanlı həmkarı və həmçinin Yəmənin Milli Qurtuluş Hökumətinin sözçüsü ilə görüşüb.
(last modified 2024-10-14T05:59:06+00:00 )
Okt 14, 2024 09:55 Asia/Baku
  • Əraqçi omanlı həmkarı və Yəmən Milli Qurtuluş Hökumətinin sözçüsü ilə Məsqətdə görüşüb

 İranın xarici işlər naziri Məsqətə gəldikdən sonra omanlı həmkarı və həmçinin Yəmənin Milli Qurtuluş Hökumətinin sözçüsü ilə görüşüb.

 

Sionist rejimin cinayətlərinin qarşısını almaq üçün regional səfərləri çərçivəsində Omanın paytaxtı Məsqətə səfər edən Seyid Abbas Əraqçi səfərindən dərhal sonra Oman Sultanlığının xarici işlər naziri Seyid Bədr Əlbusəidi ilə görüşüb və danışıb.

  Əraqçi həmçinin 14 oktyabr bazar ertəsi səhər Omanın paytaxtı Məsqətdə məsləhətləşmələrini davam etdirib və Yəmənin Milli Qurtuluş Hökumətinin sözçüsü və danışıqlar qrupunun rəhbəri Məhəmməd Əbdussəlam ilə görüşüb söhbət edib.

  Əraqçi son günlərdə Livan, Suriya, Səudiyyə Ərəbistanı, Qətər və İraqa səfəri zamanı açıq mesajla sionist rejimin cinayətlərinin dayandırılması məsələsində diplomatik məsləhətləşmələr apararaq ölkəsinin həm sülhə, həm də müharibəyə hazır olduğunu region və dünyaya bəyan edib.