Sionist rejimin general Nilfuruşanı terror etmək üzrə cinayəti bağışlanmazdır
(last modified Mon, 14 Oct 2024 12:26:25 GMT )
Okt 14, 2024 16:26 Asia/Baku
  • Sionist rejimin general Nilfuruşanı terror etmək üzrə cinayəti bağışlanmazdır

İran Xarici İşlər Nazirliyi general Nilfuruşanın şəhid edilməsi münasibətilə verdiyi bəyanatda belə qeyd edib: Şübhəsiz, İran sionist rejimi məsuliyyətə cəlb etmək üçün özünün bütün imkanlarından istifadə edəcək.

 

Bəyanatın mətni belədir:

İran İslam Respublikasının Xarici İşlər Nazirliyi rəşadətli və şücaətli sərkərdə- briqada generalı pasdar şəhid Abbas Nilfuruşanın sionist rejim tərəfindən sentyabrın 27-də Beyrutdakı yaşayış massivlərinin bombardmanı zamanı şəhid olması münasibətilə bir daha İslam İnqilabının Böyük Rəhbərinə, əziz İran xalqına, dünyadakı digər azadə xalqlara və şəhidin əziz ailəsinə təbrik deyib, başsağlığı verir və o möhtərəm şəhidin uca ruhuna salam göndərir.

Sionist rejimin meydana çıxdığı zamandan bəri mövcud olan başdan-başa cinayət keçmişi göstərir ki, bu rejimin təcavüz və cinayətləri qarşısında mülayimlik göstərmək onun daha da yırtıcı olmasına və daha artıq cinayətlər törətməsinə səbəb olur.

İranın bu yüksək rütbəli hərbi rəsmisinin terror olunması qanunsuz bir hərəkət və bağışlanmaz bir cinayətdir. Şübhəsiz, İran İslam Respublikası sözügedən cinayətləri törətdiyinə görə, sionist rejimi məsuliyyətə cəlb/ və cabadeh etmək üçün özünün bütün imkanlarından istifadə edəcək.