İraqçı Maskatda omanlı həmkarı ilə görüşüb
İran xarici işlər naziri Maskata daxil olduqdan sonra öz omanlı həmkarı ilə görüşüb.
İran İslam Respublikasının xarici işlər naziri Seyid Abbas İraqçı bu gün səhər öz regional səfərlərinin davamında sionist rejimin cinayətlərinin durdurulması istiqamətində diplomatik məşvərətlər aparmaq məqsədilə Omanın paytaxtı Maskata səfər edib. O, bu ölkəyə daxil olduqdan dərhal sonra Oman sultanlığının xarici işlər naziri Seyid Bədr Əlbusəidi ilə görüşüb.
İran İslam Respublikasının xarici işlər naziri ötən günlər ərzində Livana, Suriyaya, Ərəbistana, Qətərə, İraqa və Omana səfərlərində region və dünya üçün aydın bir mesajla sionist rejimin cinayətlərinin durdurulması məsələsində diplomatik məşvərətlər aparmaqla ölkəmizin sülh və müharibə kimi hər iki istiqamət üzrə hazırlığını elan edib.