Pezeşkiyan və Makron Livanda atəşkəsin bərqərarı haqda telefonla söhbət ediblər
İran prezidenti və Fransa prezidenti bir telefon əlaqəsində Livanın cənubundakı böhranın şiddətlənməsi xüsusiyyət təşkil etməklə region olaylarının son durumu barədə söhbət ediblər.
İki ölkə prezidentləri bu telefon danışığında həmçinin Livan Hizbullahı ilə sionist rejim arasında toqquşmaların dayandırılması və atəşkəsin bərqərarının araşdırılması üzrə həll yollarını nəzərdən keçiriblər.
Məsud Pezeşkiyan bu söhbətdə İran İslam Respublikasının daim müharibə və qeyri-stabillikdən uzaq və əmin-aman olan bir regionun tərəfdarı olduğunu nəzərə çatdırıb və İranın müharibə və toqquşmaların dayandırılmasını və atəşkəsi alqışladığını bildirib.
Biz hətta şəhid Həniyyənin sionist rejim tərəfindən Tehranda namərdcəsinə terror edilməsi gedişində Qərb ölkələri başçılarının atəşkəs vədi və məzlum və günahsız insanların öldürülmələrinin qarşısının alınacağı ümidi ilə bir müddət təmkinlilik göstərdik. Amma bu rejim Qəzzəddə bombardmanları və cinayətləri şiddətləndirmək və onun miqyasını Livana genişləndirməklə göstərdi ki, heç bir beynəlxalq qanunlara və insanlıq çərçivəsinə sadiq deyildir- deyə, Pezeşkiyan bildirib.
İran prezidenti Fransa prezidentindən istəyibdir ki, digər Avropa ölkələrinin başçıları ilə birlikdə sionist rejimi Qəzzə və Livandakı cinayətləri və soyqırımlarını dayandırmağa məcbur etmək üzrə səylərini davam etdirsin.
Pezeşkiyan habelə Fransa hökumətinin sionist İsrail rejiminin Lİvandakı əməllərinin pislənilməsi və bu rejimə silah göndərilməsinin dayandırılması üzrə son mövqelərini müsbət dəyərləndirib.