Pezeşkiyan:
Təhlükəsizlik divar çəkmədən də yarana bilər
Pezeşkiyan: Biz Azərbaycan Respublikası ilə əlaqələrin genişlənməsini alqışlayırıq
Prezident Pezeşkiyan Azərbaycan Respublikasının Baş nazirinin müavini ilə görüşdə bildirib: Biz hesab edirik ki, heç bir ölkənin suverenliyinə hörmətsizlik etmək olmaz.
Başqa ölkələrin ayağının regiona açılmasını bu regionun ölkələrinin maraqlarına uyğun hesab etmirik, çünki inanırıq ki, təhlükəsizlik və bununla bağlı məsələləri birgə əməkdaşlıqla həll edə bilərik.Təhlükəsizliyi gücləndirmək və inkşaf etdirmək üçün, ölkələr arasında sülh və sabitlik yaratmaq üçün sərhədlərdə divar tikməyə ehtiyac yoxdur, İslam ölkələrinin bazarları bir-birinin üzünə açıq olmalı və iş adamları asanlıqla birlikdə ticarət etməlidirlər.
Biz iki ölkə arasında dəmir yolu və tranzitin yaradılmasını alqışlayırıq. Biz enerji və kənd təsərrüfatı sahələrində əməkdaşlığı davam etdirmək və genişləndirmək istəyirik.Azərbaycan Respublikasının səfirliyinə hücum edən şəxsin işini hüquqi proseslər tam icra olunana qədər izləyəcəyik.