İran Avropa İttifaqı və İngiltərənin tətbiq etdiyi yeni sanksiyaları pisləyib
(last modified Tue, 15 Oct 2024 07:47:48 GMT )
Okt 15, 2024 11:47 Asia/Baku
  • İran Avropa İttifaqı və İngiltərənin tətbiq etdiyi yeni sanksiyaları pisləyib

Xarici İşlər Nazirliyinin sözçüsü Avropa İttifaqı və İngiltərənin İranın bir sıra fiziki və hüquqi şəxslərinə qarşı yalan və əsassız bəhanələrə əsaslanaraq yeni sanksiyalar tətbiq etməsini əsassız, habelə beynəlxalq hüququn standartlarını, xüsusilə insan hüquqlarını pozan hərəkət kimi pisləyib.

 

İsmail Bəqayi, 14 oktyabr 2024-cü il, bazar ertəsi gecəsi, İranın Rusiyaya ballistik raket satışı ilə bağlı iddiaları rədd edərək, deyib: İran İslam Respublikasının Ukraynadakı münaqişə ilə bağlı mövqeyi aydın və prinsipialdır. Belə ki, bütün ölkələri bir-birinin ərazi bütövlüyü və milli suverenliyi üçün Rusiya ilə Ukrayna arasındakı fikir ayrılıqlarının həlli üçün diplomatik həll yolunu seçməyə çağırışı etdi. Buna baxmayaraq, təəssüflər olsun ki, bəzi Avropa ölkələri və İngiltərə sənədlər təqdim etmədən İranın bu münaqişəyə hərbi müdaxilə etdiyini iddia edir və bu, tamamilə rədd edilir.

O, Avropa İttifaqı və İngiltərənin İrana qarşı ittihamlarını saxtakarlıq və ictimai rəyi günün ən mühüm məsələsindən, yəni Fələstin xalqının soyqırımı və sionist rejimin Qərbi Asiya regionunda müharibəni qızışdırmasından yayındırmaq cəhdi adlandırıb.

Xarici İşlər Nazirliyinin sözçüsü bəzi Avropa ölkələrinin, o cümlədən İngiltərə və Almaniyanın Qəzza və Livanda soyqırım və təcavüz üçün sionist rejimin istifadə etdiyi ölümcül silahların təmin edilməsində roluna toxunaraq, bu ölkələri Fələstin və Livan xalqlarına qarşı törədilən cinayətlərdə tərəfdaş kimi tanıyıb və Soyqırımın Qadağan edilməsi Konvensiyasına uyğun olaraq, İsrail rejiminə silah verən ölkələrin hərəkətini beynəlxalq hüququn pozulması və onların beynəlxalq məsuliyyətə cəlb edilməsinə səbəb kimi qiymətləndirib.