Şəhid Nilfuruşanla Kərbəlada vida mərasimi
İran İslam Respublikasının Livandakı ali müşaviri, mütəfəkkir və rəşədətli general-mayor şəhid Abbas Nilfruşanın cənazəsi Kərbəlada müşayiət olunduqdan sonra təvaf üçün İmam Hüseyn (ə) Hərəminə və Həzrət Əbəlfəz (ə) Hərəminə aparılıb.
Şəhid Nilfruşanın pak cənazəsi Livandan İraqa aparıldıqdan sonra bazar ertəsi axşam saatlarında Kərbəlaya gətirilib.
Başıuca şəhidin cənazəsi İraq xalqının müxtəlif təbəqələrinin, müqavimət qruplarının və İraq siyasi qruplarının nümayəndələrinin iştirakı ilə Kərbəla valiliyindən Beynül-hərəmeynə qədər müşayiət olunub.
Kərbəla valiliyindən Beynül-hərəmeyn arasındakı iki kilometr məsafədə mərasimə qatılan izdiham, İranın Livandakı ali müşaviri, məqməmət cəbhəsinin şəhidi izzətli şəhid Nilfruşanın cənazəsini hüzn və kədər içində müşayiət edib.
Şəhid Nilfuruşanın ailəsinin də iştirak etdiyi bu mərasimdə onun cənazəsini müşayiət edənlər əllərində Livan Hizbullahı və İraq islami müqavimət qruplarının bayraqlarını və şəhid Seyid Həsən Nəsrullahın şəkillərini tutublar.
Şəhid üçün Kərbəlada cənazə namazı İmam Hüseyn (ə) Hərəminin qəyyumu və Ayətullah Seyid Əli Sistaninin nümayəndəsi Əbdülməhdi Kərbəlayinin imamlığı ilə İmam Hüseyn (ə) Hərəminin həyətində qılınıb.
Müqavimət cəbhəsinin uca məqamlı şəhidinin cənazəsi İmam Əli (ə) Hərəmində təvaf üçün Kərbəladan sonra Nəcəfi-əşrəfə aparılacaq.