General Qaani şəhid Abbas Nilfuruşanın cənazəsinin müşayiət olunması mərasimində iştirak edib
(last modified Tue, 15 Oct 2024 12:52:06 GMT )
Okt 15, 2024 16:52 Asia/Baku
  • General Qaani şəhid Abbas Nilfuruşanın cənazəsinin müşayiət olunması mərasimində iştirak edib

İslam İnqilabı Keşikçiləri Korpusu SEPAH-ın Qüds Qüvvələrinin komandanı General İsmayıl Qaani bu gün səhər Tehranda İranın Livandakı ali hərbi müşaviri şəhid Abbas Nilfuruşanın cənazəsinin qarşılanma və müşayiət olunması mərasimində iştirak edib.

 

15 oktyabr çərşənbə axşamı səhər saatlarında İran İslam Respublikasının Livandakı Ali hərbi müşaviri, şəhid general-mayor Abbas Nilfuruşanın cənazəsi Tehrana gəlib. İslam İnqilabı Keşikçiləri Korpusu SEPAH-ın Qüds Qüvvələrinin komandanı briqada generalı İsmayıl Qaani, şəhidin bir qrup silahdaşı və şəhidin ailə üzvləri də daxil olmaqla ölkənin hərbi və siyasi rəsmiləri şəhidin cənazəsinin qarşılanması və müşayiət olunması mərasimində iştirak ediblər. 

İran İslam Respublikası prezidenti Məsud Pezeşkian bu mərasimdə deyib: "İran xalqı sona qədər müqavimətin yanında dayanacaq".

Bir neçə gün əvvəl İran parlamentinin sədri Məhəmməd Baqir Qalibaf Əl-Məyadin kanalına verdiyi müsahibədə briqada generalı Qaani haqqında yayılan şayiələr barədə demişdi: "Generalı Qaani ilə bağlı yayılan şayiələr düşmən mediası tərəfindən uydurma xəbərlərin qərəzli şəkildə yayılmasının bir hissəsidir".

Onu da qeyd edək ki, general Nilfuruşanın sabah İsfahan şəhərində cənazəsinin müşayiət olunması və torpağa tapşırılması mərasimi keçirilib.