Sionist rejimin istənilən avantürasına peşmanedici cavab verəcəyik
(last modified Wed, 16 Oct 2024 08:33:43 GMT )
Okt 16, 2024 12:33 Asia/Baku
  • Sionist rejimin istənilən avantürasına peşmanedici cavab verəcəyik

İran xarici işlər naziri Birləşmiş Millətlər Təşkilatının baş katibi ilə telefon danışığı zamanı sionist rejimin regionda hər hansı yeni avantürası barədə xəbərdarlıq edib.

 

Seyid Abbas Əraqçi bu danışıqda Qəzzədə soyqırımın davam etməsi və sionist rejimin Livana qarşı təcavüzü nəticəsində yaranan fəlakətli humanitar vəziyyətə toxunaraq, BMT-nin baş katibindən bu beynəlxalq təşkilatın İsrail rejiminin cinayət və təcavüzlərinin dayandırılması, Livan və Qəzzəyə humanitar yardım göndərilməsi üçün bütün imkanlarından istifadə etməsini istəyib. Quterreş də bölgədəki gərginliyin artmasından narahatlığını dilə gətirib. 

Əraqçi bəyan edib ki, İran İslam Respublikası regionda sülh və təhlükəsizliyi qorumaq üçün göstərdiyi hərtərəfli səylərə baxmayaraq, sionist rejimin istənilən avantürasına qəti və peşmanedici cavab verməyə tam hazırdır.

O, həmçinin vurğulayıb ki, regionda gərginliyin artmasının nəticələrinə görə məsuliyyət bu rejimin və onun əsas dəstəkçisi olan ABŞ-ın üzərinə düşür. 

Eyni zamanda İranın xarici işlər naziri Fransanın xarixi işlər naziri ilə telefon danışığında da İsrail rejiminin Qərbi Asiya regionunda hər hansı yeni avantürasının nəticələri barədə xəbərdarlıq edib.

Abbas Əraqçi çərşənbə axşamı fransalı həmkarı Jan-Noel Barro ilə telefon danışığında Qərbi Asiya regionunda baş verən son hadisələri müzakirə edib. 

Söhbət zamanı baş iranlı diplomat sionist rejimin Livana hücumuna son qoyulmasının vacibliyini vurğulayıb və bu rejimin bölgədəki hər hansı yeni avantürasına qarşı xəbərdarlıq edib.

Diplomatik aparatın rəhbəri müharibənin tüğyan etdiyi bölgələrdə məcburi köçkünlərin ağır vəziyyətinə toxunaraq, İsrail rejiminin qoyduğu maneələrin aradan qaldırılmasına, Livan və Qəzzə zolağındakı qaçqınlara beynəlxalq humanitar yardımların çatdırılmasına çağırıb.

Əraqçi son günlər Avropa rəsmilərinə və BMT-nin baş katibinə sionist rejimin istənilən avantürizminin nəticələri barədə xəbərdarlıq edib və İranın işğalçı rejimin potensial təcavüzünə qəti və sarsıdıcı cavab verməyə tam hazır olduğunu bildirib.